Rusiyanın baş məşqçisi millimizlə heç-heçəyə şərh verdi

00:49 - 25 Mart 2016

"Hansı ki, buna hazır olmadığımız göründü"
 
Rusiyanın U-21 yığmasının baş məşqçisi Nikolay Pisarev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
 
"Oyuna biz nəzarət edirdik. Rəqibin daha çox müdafiəyə diqqət ayıracağını bilirdik. Bu müdafiəni yarmaq üçün daha istəkli oynamaq lazım idi və biz buna hazır idik. Amma standart vəziyyətdən iki qol buraxdıq. Hansı ki, buna hazır olmadığımız göründü. Hazırda bu oyunda buraxdığımız səhvləri analiz edib, qarşıdakı oyunları düşünməliyik".

Xəbər xətti