AZAL "Qəbələ" ilə matça ciddi itkilərlə çıxacaq

16:59 - 26 Mart 2016

Rail Məlikov da zədəlidir
 
Premyer Liqanın 27-ci turu çərçivəsində "Qəbələ"ni qəbul edəcək AZAL ciddi itkilərlə üzləşib.
 
Sportal.az-a klubdan verilən məlumata görə, komandanın kapitanı Rail Məlikov, Kamal Mirzəyev, İlqar Ələkbərov və Aydın Qasımov "Qəbələ" ilə matçı zədə səbəbindən buraxacaqlar.
 
Komandanın digər zədəlisi Tagim Novruzov isə müaliəsi üçün Türkiyəyə yollanacaq.

Xəbər xətti