"Zirə"nin zədəlisi "Kəpəz"lə oyunu buraxacaq

00:02 - 28 Mart 2016

Braziliyalı məşqlərdə iştirak etmir
 
Premyer Liqanın 27-ci turunda "Kəpəz"in qonağı olacaq "Zirə" bu matça daha bir itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, komandanın braziliyalı yarımmüdafiəçisi Dieqo Souza zədəlidir. Futbolçu hələ ki, məşqlərə qoşulmayıb. Onun martın 30-da baş tutacaq "Kəpəz"lə oyunu buraxacağı dəqiqdir.
 
Qeyd edək ki, komandanın forvardı Nelson Bonilla da Salvador millisinin heyətində olduğuna görə bu matçda iştirak etməyəcək.

Xəbər xətti