"Zirə"də daha bir ciddi itki: Legioner "Kəpəz"lə oyunu buraxmalı olacaq

01:00 - 29 Mart 2016

Mbah Gəncəyə aparılmadı
 
Premyer Liqanın XVII turunda "Kəpəz"in qonağı olacaq "Zirə" bu matçöncəsi daha bir ciddi itki ilə üzləşib.

Sportal.az-ın əldə etdiyi məlumata görə, komandanın aparıcı müdafiəçilərindən sayılan Çmezi Mbah zədələnib. Zədəsi ciddi olan legioner komanda ilə birlikdə Gəncəyə yollanmayıb. 
 
Qeyd edək ki, Mbahdan başqa Dieqo Souza və Nelson Bonilla da bu matçı buraxmalı olacaq. "Kəpəz" - "Zirə" matçı martın 30-da baş tutacaq.

Xəbər xətti