"Xəzər Lənkəran"ın zədəlisindən şad xəbər

00:09 - 30 Mart 2016

Bəybalayev komandaya qoşuldu
 
"Xəzər Lənkəran"ın yuarımmüdafiəçisi Vüqar Bəybalayevin dizindən zədə aldığı və komandadan ayrı düşdüyü barədə məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, futbolçu artıq zədəsini tam sağaldıb və dünən komanda ilə birlikdə məşq edib. Məşqçilər heyətinin şans verəcəyi təqdirdə futbolçu bu gün Premyer Liqanın XVII turunda "Sumqayıt"la matçda meydanda ola bilər.

Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" qarşılaşması bu gün saat 17:30da start götürəcək.

Xəbər xətti