AZAL "Qəbələ" ilə matça itki ilə çıxacaq

01:00 - 30 Mart 2016

Ələkbərov bu matçı buraxacaq
 
Premyer Liqanın XXVII turunda doğma meydanında "Qəbələ”ni qonaq edəcək AZAL qarşılaşmaya ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər”in futbolçusu İlqar Ələkbərov "Qəbələ” ilə qarşılaşmanı buraxacağı gözlənilir. Buna səbəb Ələkbərovun zədəli olmasıdır. Hazırda fizioterapiya kursu keçən futbolçunun "qırmızı qaralar”la matçda meydana çıxması inandırıcı görünmür.
 
Qeyd edək ki, AZAL – "Qəbələ” qarşılaşması bu gün 15:00-da start götürəcək. 

Xəbər xətti