"Xəzər Lənkəran"da zədəlilərin son durumu

15:42 - 1 Aprel 2016

Bəybalayev hazırdı
 
"Xəzər Lənkəran" Premyer Liqanın 28-ci turunda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlıqlarını davam etidirir.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisinin heyətində "Sumqayıt"la oyunda zədələnən Vaqif Güləliyev "Qarabağ"a qarşı oynaya bilməyəcək. Komandanın müdafiəçisi Vüqar Bəybalayev isə zədəsini sağaldıb və məşqlərini davam etdirir.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" matçı 3 aprel saat 16:00-da start götürəcək.

Xəbər xətti