Bəhmən Həsənov: "Düzgün və ağıllı oyunla "Neftçi"ni məğlub etdik"

"Klub yaşayacaq, yaşamayacaq bunu bilmirəm"
 
Premyer Liqanın 28-ci turunda "Rəvan" doğma meydanda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov qələbəyə belə şərh verib:
 
"Futbolçularımı təbrik edirəm. Düzgün və ağıllı oyunla "Neftçi"ni məğlub etdik. Şans da bizim tərəfdə oldu. Çalışacağıq ki, bu qələbənin davamı gəlsin. "Neftçi" çox sürətli komandadır. Amma individual oynayırlar, bu da bizim xeyrimizə idi.
 
"Rəvan"da təcrübəmi artırıram. Klub yaşayacaq, yaşamayacaq bunu bilmirəm. Məşqimizi edirik, az da olsa maaşımızı alırıq. 3-cü gün mart ayının maaşları veriləcək.
 
- 6 xalınızın silinməyi hələ də komandaya təsir edir?
- Futbolçularımızın zədələnməsi daha çox bizə təsir edir Bu silinən 6 xal da psixoloji cəhətdən çox təsir etdi. Qış fasiləsində 7 futbolçumuz komandadan ayrıldı, heyətimiz geniş deyil. 
Tarix: 3 Aprel [19:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2017
21  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio