"Rəvan"da ciddi itki

16:50 - 4 Aprel 2016

Cəzalı duruma düşdü
 
Premyer Liqanın 28-ci turunda "Neftçi" ilə qarşılaşmada 2:1 hesabı ilə qalib gələn "Rəvan" klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, paytaxt derbisində sarı vərəqə ilə cəzalandıran Ramazan Abbasov 29-cu turda "aslanlar"a kömək edə bilməyəcək.
 
Qeyd edək ki, Premyer Liqanın 29-cu turunda baş tutacaq "Rəvan" - "Zirə" matçı 10 aprel saat 14:00-da start götürəcək.

Xəbər xətti