"Xəzər Lənkəran" 29-cu turlarda

11:24 - 5 Aprel 2016

8-ci matçı

 

Premyer Liqanın XXIX turu çərçivəsndə aprel  ayının 10-da “Xəzər Lənkəran” doğma meydanda “Neftçi” klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu görüş “Xəzər Lənkəran”ın 2004-cü ildən bəri ölkə çempionatlarının XXIX turları çərçivəsində keçirəcəyi 8-ci oyun olacaq.

 

Qeyd edək ki, 2004/05 mövsümündə komandaların sayı çox olduğundan çempionluq yarışması 34-tur davam edirdisə növbəti 4-mövsümdə komandaların sayı azaldıqca 26-cı turla çempionata yekun vurulurdu. Lakin 2009/10 mövsümündə tətbiq olunan dörddövrəli altılıq sistemi ilə, sonradan isə yalnız sadə dörddövrəli sistemi qalması sayəsində yenidən 29-cu turlarda komandaların görüşləri bərpa olundu. Bu səbəbdən də 12-ildir ölkə futbolunda “ağ-yaşıl” rənglərlə cənub bölgəsini təmsil edən “Xəzər Lənkəran” yalnız 7-dəfə XXIX turlarda oyun keçirib.

 

Beləliklə, indiyə qədər komanda ölkə çempionatarının XXIX turlarında 7-oyunda meydana çıxıb ki, bu qarşılaşmaların 4-də qələbə qazanıb və 3 oyunda isə qalib müyyənləşməyib. “Xəzər Lənkəran” XXIX turlarda heç vaxt məğlubiyyət acısı yaşamayıb. Rəqib komandaların qapılarından 10-top keçirərək öz qapısından bunun yarısı qədər, cəmi 5-top buraxan komanda, XXIX turlarda ümumilikdə 15-xal toplaya bilib.

 

Qeyd edək ki, komanda XXIX turda əzəli rəqibi ilə iki dəfə üz-üzə gəlib. İlk oyun 22.04.2012 tarixində baş tutub və “Xəzər Lənkəran”ın minimal hesablı qələbəsi ilə bitib. 09.04.2015 tarixində keçirilmiş ikinci görüşdə isə qarşılaşmann gedişində məğlub durumda olmasına rəğmən və zəif heyətlə də olsa komandamız oyunu 2:2-lik heç-heçə ilə bitirməyə nail olub.

 

Ötən mövsümlərin 29-cu turlarında “Xəzər Lənkəran”ın nəticələri:

 

2004/05  “Xəzər Lənkəran”  – “Karat” 2:0

2005/06 ***********************

2006/07 ***********************

2007/08 ***********************

2008/09 ***********************

2009/10  “Xəzər Lənkəran” – “İnter” 2:2

2010/11 “İnter” – “Xəzər Lənkəran”  1:1

2011/12 “Xəzər Lənkəran” – “Neftçi” 1:0

2012/13 “Xəzər Lənkəran” – “Kəpəz” 1:0

2013/14 “Xəzər Lənkəran” – “Qəbələ” 1:0

2014/15 “Xəzər Lənkəran” – “Neftçi” 2 : 2

 

Mənbə: 12cioyuncu.info

Xəbər xətti