Super Liqada Azərbaycan əsgərlərinə dəstək FOTOLAR

17:00 - 5 Aprel 2016

"Azəryol"la "Lokomotiv"in matçında
 
Bu gün startı verilən Azərbaycan Super Liqasında final mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlanıb.
 
Sportal.az xəbər verir ki, 3-cü yer uğrunda "Azəryol"la "Lokomotiv" komandaları meydana pankartlar və hərbi geyimdə çıxıblar.
 
Bu zaman "Lokomotiv" voleybolçularının hərbi geyimdə olmaları diqqət çəkib. Onların əlində "Nagorno Karababagh belongs Azerbaijan" ("Dağlıq Qarabağ Azərbaycanındır") pankartı olub. "Azəryol"un voleybolçuları kiçik bayraqlarla və "Biz ordumuzla fəxr edirik" yazılmış parkartlarla olub. Komandanın məşqçilər heyəti hərbi formada meydana çıxıb. Qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunub və Azərbaycanın dövlət himni səsləndilrilib. 
 
Qeyd edək ki, bu oyunun ardından "Telekom"la "Azərreyl" arasında final görüşü keçiriləcək.
 
Voleybolçularımız oyuna hərbi geyimdə çıxdı -
 
Super Liqa komandaları hərbi geyimdə -  Fotolar
 
Super Liqada Azərbaycan əsgərlərinə dəstək -
 

Xəbər xətti