"Xəzər Lənkəran" XXX turlarda məğlub olmayıb

01:55 - 14 Aprel 2016

2 qələbə, 4 heç-heçə
 
Premyer Liqanın XXX turu çərçivəsndə aprel  ayının 17-də “Xəzər Lənkəran” səfərdə “Zirə” klubu ilə qarşılaşacaq. 
 
Sportal.az xəbər verir ki, bu görüş “Xəzər Lənkəran”ın 2004-cü ildən bəri ölkə çempionatlarının XXX turları çərçivəsində keçirəcəyi 7-ci oyun olacaq. Qeyd edək ki, 2004/05 mövsümündə komandaların sayı çox olduğundan çempionluq yarışması 34-tur davam edirdisə növbəti 4-mövsümdə komandaların sayı azaldıqca 26-cı turla çempionata yekun vurulurdu. Lakin 2009/10 mövsümündə tətbiq olunan dörddövrəli altılıq sistemi ilə və sonrakı yalnız sadə dörddövrəli sistem sayəsində yenidən 30-cu turlarda komandaların görüşləri bərpa olundu. Ötən mövsümdə isə “Araz” Naxçıavanın ilk dövrədən sonra çempionatı tərk etməsi ilə bəzi turlar boş qalmışdı. Yarışmanın təqviminə əsasən 30-cu turda  Muxtar Respublika təmsilçisi ilə görüşməli olan “Xəzər Lənkəran” turu buraxmalı olmuşdu.
 
Beləliklə, indiyə qədər komanda ölkə çempionatarının XXX turlarında 6-oyunda meydana çıxıb ki, bu qarşılaşmaların 2-də qələbə qazanıb və 4 oyunda isə qalib müyyənləşməyib. Rəqib komandaların qapılarından 10-top keçirərək öz qapısından cəmi 4-top buraxan cənub təmsilçisi, XXX turlarda ümumilikdə 10-xal toplaya bilib. 
 
———————————–
 
2004/05 “Xəzər Lənkəran” – Ədliyyə 6:1
 
***********
 
***********
 
***********
 
***********
 
2009/10 “Neftçi” – “Xəzər Lənkəran” 0:0
 
2010/11 “Xəzər Lənkəran” – “Qarabağ” 1:1
 
2011/12 “İnter” – “Xəzər Lənkəran” 0:0
 
2012/13 “Xəzər Lənkəran” – “Turan” 1:0
 
2013/14 “Bakı” – “Xəzər Lənkəran” 2:2
 
2014/15 *********
 
 
12cioyuncu.info
2015/16 “Zirə” – “Xəzər Lənkəran” ? : ?
 

Xəbər xətti