"Zirə"nin adına yaraşmayan futbol sərgilədik"

18:42 - 17 Aprel 2016

"Xəzər Lənkəran" göstərir ki, çempionatda hər bir heyətlə oynamaq olar"
 
“Azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Lakin qələbə qazanmağımıza baxmayaraq, oyundan razı qalmadım. “Zirə”nin adına yaraşmayan futbol sərgilədik”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.
 
Şükürov 1:0 hesablı qələbəni çətinliklə əldə etdiklərini vurğulayıb: “Çətin qələbə qazandıq. Rəqib yaxşı mübarizə apardı. Bəlkə də “Xəzər Lənkəran”ın heyəti cavan uşaqlardan təşkil olunduğu üçün uşaqlar oyuna qeyri-ciddi yanaşdılar. “Xəzər Lənkəran” göstərir ki, çempionatda hər bir heyətlə oynamaq olar”.
 
Adil Şükürov hələlik gələn mövsüm barədə düşünmədiklərini qeyd edib: “Hələ mövsümü başa vurmamışıq. Qarşıda 6 oyun var. Növbəti mövsüm barədə düşünmək üçün vaxtımız var. Qarşıda olan görüşləri düşünməliyik. Nelson Bonilla bizim müqaviləmiz var. Mövsüm başa çatmamış komandadan getmək barədə düşünmür”.

Xəbər xətti