"Xəzər Lənkəran"ı "Qəbələ" ilə matçöncəsi zədəliləri sevindirdi

00:27 - 20 Aprel 2016

İki futbolçu komandayla məşqlərə başlayıb
 
Premyer Liqanın XXXI turunda "Qəbələ"ni qəbul edəcək "Xəzər Lənkəran" artıq bu matçın hazırlıqlarına start verib.
 
Sportal.az xəbər verir ki, ötən turda "Zirə" ilə matçı buraxan iki zədəli futbolçusu İlyas Səfərzadə və Elfad Baləhmədov artıq zədəsini sağaldaraq dünən komandayla məşqlərə başlayıb. "Zirə" ilə matçda zədələnən Nodar Məmmədovun son durumuna isə bu gün aydınlıq gələcək.

Xəbər xətti