"Xəzər Lənkəran"ın zədəlisi məşqlərə start verdi

11:33 - 20 Aprel 2016

Fərdi məşqlərə başladı
 
"Zirə" ilə matçda zədələnən "Xəzər Lənkəran"ın müdafiəçisi Nodar Məmmədov məşqlərə başlayıb.
 
KLubdan Sportal.az saytına verilən məlumata görə, Nodar Məmmədov fərdi məşqlərə start verib. Məmmədovun "Qəbələ" ilə matçda oynayıb-oynamayacağı bilinmir.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qəbələ" matçı 23 aprel, saat 16:30-da baş tutacaq.

Xəbər xətti