Markus Reşford haqda maraqlı faktlar FOTOLAR

14:10 - 21 Aprel 2016

"Mançester Yuanyted"in heyətində avrokuboklarda qol vuran ən gənc futbolçu
 
Bu mövsüm palraq oyun nümayiş etdirən "Mançester Yunayted"in 18 yaşlı hücumçusu Markus Reşford haqda maraqlı faktları təqdim edirik:
 
Van Qal “Barselona”ya, Reşford dünyaya
 
Markus Reşford 1997-ci ilin 31 oktyabrında dünyaya göz açıb. O anadan olduqdan bir neçə ay sonra hazırki baş məşqçisi Lui van Qal “Ayaks”dan ayrılaraq “Barselona”nın “sükanı arxasına” keçmişdi.
 
 
Məşhur məktəbin yetirməsi
 
Reşford karyerasına “Fletçer Moss Reyncers” uşaq futbol məktəbində başlayıb. Bu klub Ues Broun, Denni Uelbek və Revil Morrison kimi futbolçular yetişdirib.
 
 
“Mançester Yunayted”li oldu
 
Reşford “Mançester Siti”yə də keçə bilərdi, amma o, uşaqlıq arzusu olan “Mançester Yunated”i seçdi.
 
 
İlk qol
 
“Mançester Yunayted” (U-21) – “Lester Siti” (U-21) (6:1) matçında ilk qolunu vurub. (15 dekabr 2015-ci il)
 
 
Oyun stili
 
Enerjili hücumçu olan Reşford güclü zərbələrə malikdir. Bundan əlavə, 10 nömrə mövqeyində də çıxış edə bilir.
 
 
 
Battdan təriflər
 
Reşfordun aşağı yaş qruplarında məşqçisi olan Niki Batt onun oyun stilini Rud van Nistelroya bənzədirdi.
 
 
 
Bombardir olan məktəbli
 
Reşford ötən mövsüm “Mançester Yunayted”in U-18 komandasının heyətində 13 qol ilə klubunun heyətində ən çox qol vuran futbolçu olmuşdu.
 
 
Doğuştan “qırmızı şeytan”
 
Reşford uşaqlıqdan “Mançester Yunayted” azarkeşidir. O, uşaq vaxtı evin divarlarını klubunun şəkilləri ilə bəzəyirdi.
 
 
 
Fevral ayının oyunçusu
 
Markus Reşford bu mövsüm "Mançester Yunayted"in heyətində fevral ayının ən yaxşı futbolçusu seçilib.
 
 
Əfsanənin rekordunu qırdı
 
18 yaş 117 günlüyündə “Mançester Yuanyted” forması ilə avrokuboklarda qol vuran ən gənc futbolçu adına yiyələndi. Əvvəlki rekord isə 1964-cü ilin “Fuar şəhərləri” (Qeyd: 1971-ci ildə UEFA kuboku adlandırılıb.) kubokunda “Dyurqarden”ə qol vuran Corc Bestə məxsus idi. (18 yaş 158 gün)
 
 
Anası ilə birgə yaşayır
 
Reşford anası və bacısı ilə birlikdə Mançesterdəki evlərində yaşayır. Bundan əlavə, 18 yaşlı hücumçu bəzən məktəbdən birbaşa məşqə gedir.
 
 
Hazırladı: Mehman ƏŞRƏFOV

Xəbər xətti