"Zirə"də "Neftçi" ilə matçöncəsi ciddi itki

10:43 - 22 Aprel 2016

Vüqar Mustafayev zədəlidir
 
Premyer Liqanın XXXI turunda "Neftçi"nin qonağı olacaq "Zirə" ciddi itki ilə üzləşib.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, komandan aparıcı və gənc yarımmüdafiəçisi Vüqar Mustafayev məşqlərin birində ayağından zədə alıb. Mustafayevin "Neftçi" ilə qarşılaşmada meydanda olacağı inandırıcı görünmür.
 
Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı sabah saat 19:00-da start götürəcək.

Xəbər xətti