Elbrus Məmmədov: "Epizodları dəqiq tamamlamaq üçün soyuqqanlılıq çatmırdı"

18:29 - 23 Aprel 2016

"Rəqibin ilk zərbəsində qol buraxdıq"
 
Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ"yə 1:0 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov "CBC Sport"a açıqlamasında qarşılaşmaya belə şərh verib.
 
"Komandanın iki futbolçusu - Orxan Sadıqlı ilə Nodar Məmmədovun mübahisə etməsi xoşagəlməz haldı. Məncə, bu yorğunluqla əlaqədardır. Hər iki futbolçu bu gün qalib gəlmək istəyirdi. Yəqin, sözləri bir-biri ilə çəp gəlib. Bunu aydınlaşdırandan sonra dəqiq biləcəm. Oyun ərzində bir neçə qol epizodlarımız oldu. Lakin soyuqqanlılıq çatışmadı. Acınacaqlısı da odur ki, qapımıza doğru vurulan ilk zərbə qolla nəticələndi. Komandadan narazı deyiləm. Futbolçular çalışdılar. Səhvlər var. Onların üzərində işləməliyik". 

Xəbər xətti