PSJ-dən "qızıl dubl" VİDEO

01:58 - 24 Aprel 2016

Paris təmsilçisi kuboku da qazandı 
 
Fransa Liqa kubokunda final matçı keçirilib.
 
Sportal.az xəbər verir ki, həlledici oyunda PSJ "Lill"lə qarşılaşıb. "Stad de Frans"da keçirilən oyunda hesabı parislilər açıb. Pastore matçın 40-cı dəqiqəsində PSJ-ni önə keçirən qola imza atıb. "Lill" oyunun 49-cu dəqiqəsində Sidibenin qoluyla tarazlığı bərpa edib. Matçın 74-cü dəqiqəsində Di Maria PSJ-yə qələbə, həm də Liqa kubokunu qazandıran qola imza atıb.
 
Parislilər bir müddət öncə Liqa 1-in bitiminə bir neçə tur qalmış çempionluğunu təmin etmişdiş
 
"Lill" - PSJ 1:2
Qollar: Sidibe, 49 - Pastore, 40. Di Maria, 74.

Xəbər xətti