Model: "Mənə bir yerdə olmaq təklif etdi, rədd cavabını verdim"

02:33 - 26 Aprel 2016

"Martialın da aramızda olması üçün yalvarırdı"
 
Məşhur fransız model Eqlantine – Flore Akvilar sensassion açıqlama ilə diqqət  mərkəzinə düşüb.
 
Sportal.az xəbər verir ki,İngiltərə mətbautına danışan model "Mançester Yunayted”in futbolçuları Timoti Fosu-Mensah və Antoni Martialın onunla yatmaq üçün yalvardıqlarını deyib:
 
"Timoti ilə ara-sıra görüntülü danışırdıq. O, bəzən Martialı kamerada göstərirdi. Ağlında yalnız sekslə bağlı məsələlər var idi.Mənə bir yerdə olmaq təklif etdi. Mən isə rədd cavabı verdim. Sonradan başa düşdüm ki, tək dərdi mənimlə sevişmək imiş. Martialın da aramızda olması üçün yalvarırdı. Timoti "Mançester Yunayted”in əsas komandasında yer aldığını düşünə bilər, amma o, sadəcə, bir uşaqdır.”
 
Qeyd edək ki, fransız modelin daha əvvəllər də məşhur futbolçularla eyni problemi olmuşdu.

Xəbər xətti