"Bu günə kimi heç bir komanda bu rəqibə qarşı belə baxımlı oyun sərgiləyə bilməmişdi"

21:25 - 1 May 2016

"Sadəcə, bəzi futbolçularımızda ustalıq səviyyəsi çatmır"
 
Azərbaycan Premyer Liqasının XXXII turunda "Zirə” doğma meydanında "Qarabağ”a 2-0 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Zirə”nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib:
 
"İlk növbədə azarkeşlərimizə təşəkkür bildirirəm. Komandamızı sona qədər dəstəklədilər. Komandamız yeni yaranıb. Bu günə kimi heç bir komanda belə rəqibə qarşı baxımlı oyun sərgiləyə bilməmişdi. Bunu bizim komanda etdi.Buna görə futbolçularıma təşəkkür edirəm. "Qızıl”  şansımız olmasa da, gümüş medal uğrunda mübarizəni davam etdiririk.”
 
- "Zirə”nin cari mövsüm "Qarabağ”la oyunu alınmır...
- Deməzdim ki, bizim "Qarabağ”la oyunumuz alınmır. Sadəcə, bəzi futbolçularımızda usatalıq səviyyəsi çatmır. 
 
- Bonilyanı əvəzləməyinizə səbəb nə idi? Bir də ki, Bonilla komandada qalacaq? 
- Bonilyanın yorulduğunu hiss edib əvəzetmə etdim. Hücumda daha çox aqressiv olmaq istəyirdik. Bonillanın gələcək karyerası ilə bağlı danışıb qərar verəcəyik. 
 
- "Qarabağ” istənilən epizodlarda sizi üstələdi. Azərbaycan çempionatının səviyyəsinin aşağı düşdüyünü düşünmürsünüz?
- Yox, çempionatın səviyyəsi aşağı düşməyib. Sadəcə, bəzi futbolçularda ustalıq səviyyəsi çatmır. Bu, başqa ölkələrdə də belədir.

Xəbər xətti