"Zirə"də ciddi itki

00:46 - 2 May 2016

Gənc müdafiəçi "Qəbələ"ylə oyunu buraxacaq
 
Premyer Liqanın XXXIII turunda "Qəbələ"ni qəbul edəcək "Zirə" bu matça ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, komandanın gənc mərkəz müdafiəçisi Adil Nağıyev bu matçda komandasına kömək edə bilməyəcək. Buna səbəb futbolçunun dünən "Qarabağ"la baş tutan oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsi olub.

Qeyd edək ki, "Zirə" - "Qəbələ" matçı mayın 7-də baş tutacaq.

Xəbər xətti