Adil Şükürov: "Mövsümün əvvəlindəki oyunumuzla indiki oyunumuzda fərq var"

17:15 - 7 May 2016

"Bu gün bizdə alınmadı"

 

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində "Zirə"nin qonağı olan "Qəbələ" 3:0 hesablı qələbə qazanıb.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyunsonrası keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Adil Şükürov bunları qeyd edib:

 

"İlk növbədə bildirim ki, biz yeni komandayıq. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, bu gün bizdə alınmadı. Üstün oyun nümayiş etdirdik".

 

- Ardıcıl 2-ci oyunda məğlub oldunuz. "Zirə"nin enişinin səbəbi nədir?

- Bu gün nəticə qazanmaq istəyirdik. Mövsümün sonudur. Yeni komanda üçün yaxşı oyun nümayiş etdiririk. Mövsümün əvvəlindəki oyunumuzla indiki oyunumuzda fərq var.

Xəbər xətti