İbrahimoviçdən "Milan" açıqlaması: "Gələcəkdə nələr olacağını görəcəyik"

18:28 - 9 May 2016

"Oynadığım ən böyük klublardan biridi"

 

Mövsümün sonunda PSJ-dən ayrılacaq Zalatan İbrahimoviçin karyerasını harada davam etdirəcəyi hələ ki məlum deyil.

 

Sportal.az xəbər verir ki, isveçli forvard gələcək karyerası ilə  bağlı açıqlama verib. İtaliya mətbuatına danışan təcrübəli futbolçu karyerasını hansı klubda davam etdirəcəyinə yaxın zamanlarda aydınlıq gələcəyini bildirib: "Harada oynayacağım yaxın zamanlarda dəqiqləşəcək. "Milan" üçün gözəl hisslər bəsləyirəm. Oynadığım ən böyük klublardan biridi. Gələcəkdə nələr olduğunu görəcəyik".

Xəbər xətti