"Xəzər Lənkəran"ın məşqçisi: "Elbrus müəllimlə heç bir problemi yoxdu"

19:27 - 11 May 2016

"Son nöqtəni qoya bilmədik"

 

Azərbaycan Premyer Liqasının XXXIV turunda "İnter” öz meydanında "Xəzər Lənkəran”ı qəbul edib.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, oyun paytaxt klubunun 2-1 hesablı qələbəsi ilə başa çatıb. Oyunsonrası mətbuat konfransında "Xəzər Lənkəran”ın məşqçisi Ağadadaş Həmidov fikirlərini bildirib:
 
"Bildiyiniz kimi ilk oyunum idi. Uşaqları oyuna çox yaxşı kökləmişdik. Heç olmasa 1 xal qazanmaq istəyirdik. İkinci hissədə hücumda olsaq da, son nöqtəni qoya bilmədik. İkinci hissədə taktiki dəyişiklik etdik”.
 
- Komandada ştatlı penalti vurmaq kimin ixtiyarndadı?
- Ştatnı penalti vuranımız Vüqar Bəybalayevdi. 
 
- Elbrus Məmmədovun gedişindən sonra Kamran Abdullazadə niyə komandaya qaytarıldı?
- Kamranın Elbrus müəllimlə heç bir problemi yoxdur. Tural Qürbətovu bu günkü oyunda oynada bilmədiyimiz üçün, Kamranı əsas komandaya cəlb etmişdim.

Xəbər xətti