Bəhmən Həsənov: "Hakim "Sumqayıt"dan oynayırdı"

20:19 - 11 May 2016

"Ona görə də hakimi təbrik edirəm"

 

Premyer Liqanın 34-cü turunda "Rəvan" səfərdə "Sumqayıt"a 1 - 3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Bəhmən Həsənov oyun haqda fikirlərini bildirib:

 

"Nə deyim? Çox istəyirdik ki, qələbə qazanaq və son pillədən canımızı qurtaraq. "Sumqayıt"ı təbrik edirəm. Orta xəttdə problemlerimiz var idi. Zəif oynadııq". 

 

Təcrübəli çalışdırıcı hakimlərdən narazı olduğunu deyib: "Hakim çox haqsız qərarlar verirdi. O, "Sumqayıt"dan oynayırdı. Ona görə də hakimi təbrik edirəm. Son pillədən qurtulmaq istəyirik. Yeganə ümidimiz budur. İlk hissədə oyunun taleyini həll edə bilərdik. Mən həmişə demişəm ki, "Sumqayıt"ın hücum, xətti Azərbaycanda ən güclüdü".

Xəbər xətti