Abbasov 100-ə çatdı

13:13 - 13 May 2016

"Sumqayıt"la matçda
 
“Rəvan”ın kapitanı Ramazan Abbasov paytaxt təmsilçisinin heyətində 100-cü oyununu keçirib.
 
Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının XXXIV turunun “Sumqayıt”la matçına təsadüf edib. “Rəvan”ın tarixində ən çox oyun keçirən futbolçu olan Abbasov komandasının 1:3 hesabı ilə uduzduğu görüşdə yubiley qeyd edib. O, 100 qarşılaşmada 10 qola imza atıb. Yarımmüdafiəçi 2011/12 mövsümündə 31 (3 qol), 2012/13 mövsümündə 14 (1 qol), 2013/14 mövsümündə 25 (3 qol), cari çempionatda 30 (3 qol) qarşılaşmada “sarı-qırmızılar”ın formasını geyinib.
 
“Rəvan”da ən çox oyun keçirən futbolçular siyahısında Abbasovu Novruz Məmmədovla Samuel Barlay izləyir – hərəyə 61 oyun. Xuan Manuel Varea 59, Şerif Suma 54 dəfə paytaxt təmsilçisinin formasını geyinib.

Xəbər xətti