"Xəzər Lənkəran" "Sumqayıt"la matçöncəsi bu xəbərlə sevindi

00:48 - 15 May 2016

Səfərzadə "Sumqayıt"a qarşı oynaya bilər
 
Premyer Liqanın 35-ci turunda "Sumqayıt"ı qəbul edəcək "Xəzər Lənkəran" futbolçusundan şad xəbər alıb.
 
Sportal.az xəbər verir ki, son iki qarşılaşmanı səhhətindəki problemlərə görə buraxan İlyas Səfərzadə artıq komandaya qoşulub. Məşqçilər heyətinin şans verəcəyi təqdirdə futbolçu bu gün "Sumqayıt"la oyunda meydanda olacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" matçı saat 18:00-da start götürəcək.

Xəbər xətti