Adil Şükürov: "Bəzi futbolçuları göndərəcəm"

20:38 - 15 May 2016

"Son qərarımı verməmişəm"

 

Premyer Liqanın 35-ci turu çərçivəsində "Zirə" öz meydanında "Kəpəz"lə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, 2:2 hesablı bərabərliklə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Adil Şüükürov jurnalistlərin suallarını cavablandırıb.

"Allaha şükür olsun ki, 2-ci yeri tutduq. Bizim ücün yaxşı haldır. Azarkeşlərimizi təbrik edirəm. Ağır oyun oldu. 2-ci qolu buraxdıqdan sonra futbolcularım özlərində güc tapdı".

 

- Avrokuboklar üçün ümid var?

- Əgər olsa hazırlaşacağıq. Olmasa da, yeni mövsümə hazırlaşmalıyıq.

 

- Kimləri göndərəcəksiz?

- Bəzi futbolçuları göndərəcəm, amma hələ ki, son qərarımı verməmişəm.

Xəbər xətti