Bəhmən Həsənov: "Həyəcandan öz fikirlərimi ifadə edə bilmirəm"

22:36 - 15 May 2016

"Eltunun qırmızı vərəqə alması bizim xeyrimizə oldu"
 
Azərbaycan Premyer Liqasının XXXV turunda "Rəvan” doğma meydanında "Qarabağ”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Rəvan”ın çalışdırıcısı Bəhmən Həsənov fikirlərini bildirib: 
 
"Qarabağ”ı çempinluq münasibətiylə təbrik edirəm. "Qarabağ” bizim fəxrimizdi. Öz komandamı təbrik edirəm. Futbolçularımı təbrik edirəm. Eltunun qırmızı vərəqə alması bizim xeyrimizə oldu. Deyəsi biz sözüm yoxdur”.
 
- Qələbə qazanmağınıza səbəb Eltunun qırmızı vərəqə alması idi?
- "Qarabağ” çox yaxşı futbol oynayır və çempionluğu təmin ediblər. "Qarabağ”ın əsas heyətlə oynamaması bizim üçün əsas üstünlük idi. "Qarabağ” əsas heyətlə oynayanda bizi iflic etmişdi. Bizim qələbə qazanmaq istəyimiz bu gün özünü göstərdi. Həyəcandan danışa bilmirəm, öz fikirlərimi ifadə edə bilmirəm.

Xəbər xətti