"Stars United" yoldaşlıq oyununda qələbə qazandı VİDEO

14:45 - 16 May 2016

Artıq bir neçə aydır ki, fəaliyyət göstərən “Stars United” uşaq futbol klubu məşqlərini davam etdirməklə yanaşı oyunlarda da qüvvəsini sınayır. 7-8 yaşlı uşaqlar arasında ölkə çempionatı keçirilmədiyi üçün uşaq futbol klubları tez-tez öz aralarında yoxlama görüşləri təşkil edirlər.

 

Sportal.az xəbər verir ki, ötən gün belə oyunlardan birini keçirən “Stars United” “Dortmund Bakı” uşaq futbol klubu ilə qarşılaşıb. Hər hissəsi 20 dəqiqədən ibarət olan oyun məhsuldar alınıb. Yekunda “Stars United” 8:6 hesabı ilə qələbə qazanıb.  

 

Xəbər xətti