"Xəzər Lənkəran"da mövsümün antirekordu

00:49 - 17 May 2016

"Sumqayıt"la matçda qeydə alınıb
 
Premyer Liqanın XXXV turunda "Xəzər Lənkəran" doğma şəhərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, bu qarşılaşmanı rəsmi protokola görə 200 nəfər stadiondan izləyib. Bu da cənub təmsilçisi üçün mövsümün antirekordudur. Bu matça qədər isə ev oyunlarında "Xəzər Lənkəran" üçün ən az azarkeş sayı Premyer Liqanın XVII turunda "Kəpəz"lə matçda qeydə alınmışdı. Bu qarşılaşmanı 600 nəfər stadionda izləmişdi.

Xəbər xətti