Kubokun final matçının biletləri "Qarabağ" və "Neftçi" arasında bölündü

16:52 - 19 May 2016

Biletlərin satışı klublar tərəfindən təşkil ediləcək

 

Azərbaycan Kubokunun finalının biletləri Peşəkar Futbol Liqası tərəfindən hazırlanaraq, “Qarabağ” və “Neftçi” klublarına təhvil verilib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyun zamanı 1-13-cü sektorlar “Qarabağ”, 16-28-ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarında olacaq. Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında təşkil ediləcək. Biletlərin qiyməti sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə 25 mayda rellaşacaq.

Xəbər xətti