"Rəvan" rəhbərliyi "Xəzər Lənkəran"la matçöncəsi futbolçuları sevindirdi

00:05 - 20 May 2016

Maaşlar verilib
 
"Rəvan" klubu futbolçuların maaşlarını ödəyib.
 
Sportal.az "Report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Bəhmən Həsənov deyib. O bildirib ki, aprelin maaşları tam ödənilib: "Saat 16-dan etibarən futbolçuların maaşları ödənilməyə başlanıb. Komanda sabahkı - "Xəzər Lənkəran"la oyuna yüksək əhval-ruhiyyədə çıxacaq. Rəqib də qələbə üçün gələcək. Mən duyğusal insanam. İstəməzdim ki, "Xəzər Lənkəran" kimi komanda bu vəziyyətə düşsün. Ancaq bu elə oyundu ki, iki komandadan birini mövsümü son pillədə başa vurmağa məcbur edəcək".
 
Qeyd edək ki, mayın 20-də "Bayıl Arena"da keçiriləcək "Rəvan" - "Xəzər Lənkəran" matçı sat 17.00-da başlayacaq. "Rəvan" komandasında maaşların gecikməsi səbəbindən son tur öncəsi narazılıq yaranmışdı.

Xəbər xətti