"Xəzər Lənkəran"da axırıncı oyunuma çıxdım"

01:00 - 20 May 2016

Kamran Abdullazadə azarkeşlərlə vidalaşdı
 
Qış fasiləsində klub rəhbərliyinin qərarı ilə əvəzedici heyətə göndərilən "Xəzər Lənkəran"ın gənc müdafiəçisi Kamran Abdullazadə "ağ-yaşıl" forma ilə dünən son matçına çıxıb. Abdullazadə əvəzedicilərin heyətində "Rəvan"la oyunda meydanda olub və oyundan sonra komandadan gedəcəyini bildirib. Kamranın mövsümün sonunda "Xəzər Lənkəran"la müqaviləsi başa çatır və futbolçu azad agent statusu alaraq istədiyi komandaya keçə biləcək.

Sportal.az futbolçunun sosial şəbəkədə paylaşdığı həmin statusu təqdim edir:
 
"Bu gün "Xəzər Lənkəran"da axırıncı oyunuma çıxdım. Bütün "Xəzər Lənkəran" azarkeşləri "çox sağolun" deyirəm. Allah hamınızdan razı olsun. Azarkeşlərimizi unutmaq mümkün deyil. Haqqınızı halal edin. Nə vaxtsa "Xəzər Lənkəran"a qayıtaq ümidi ilə..."

Xəbər xətti