Adil Şükürov: "Bütün mövqelərdə güclənməyə çalışacağıq"

19:36 - 20 May 2016

"İstəyirdik ki, mövsümü major notlarla bitirək"
 
Azərbaycan Premyer Liqasının sonuncu – XXXVI turunda "İnter” doğma azarkeşləri önündə "Zirə”ni qəbul edib. Qarşılaşma "İnter”in 1-0 hesablı qələbəsi ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Zirə”nin çalışdırıcısı Adil Şükürov fikirlərini bildirib: 
 
"Azarkeşlərimizə çox sağ ol deyirəm. Ağır mövsüm keçirdik. Çalışırdıq ki, mövsümü major notlarla bitirək. Ancaq alınmadı. Bundan sonra növbəti mövsüm haqqında düşünməliyik”.
 
- Legionerlərlə vəziyyət necədir? Bir də ki, heyətdə hansı dəyişikliklər ediləcək?
- Bütün mövqelərdə güclənməyə  çalışacağıq. Oyunçularaın bəziləri ilə danışmışıq. Bütün mövqelərdə güclənmək lazımdı. Gələn mövsüm üçün daha güclü komanda yaratmağa çalışacağıq.
 
- Komandada fəaliyyətinizi davam etdirəcəksiniz?
- Biz yeni komandayıq. İlk mövsümdə yaxşı nəticə qazanacağıq. Komandada işimi davam etdirmək niyyətindəyəm.

Xəbər xətti