Ruslan Tağızadə etiraf etdi: "Penalti yox idi"

"Məndə günah yoxdu"

 

Dünən Azərbaycan Premyer Liqasının son turunda "Rəvan" öz meydanında "Xəzər Lənkəran"ı qəbul edib.

 

Sportal.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçın sonunda gərgin anlar yaşanıb. Oyunun 81-ci dəqiqəsində baş hakim Ramil Diniyev cənubluların qapısına penaltin təyin edib. Həmin epizodda Ruslan Tağızadə və Tural Cəlilov arasında olan mübarizəni yanlış dəyərləndirən referi 11 metrlik nöqtəni göstərib.

 

 Ruslan Tağızadə saytımıza verdiyi açıqlamada həmin epizodda həqiqətən də penalti olmadığını bildirib: “Oyundan sonra penalti epizoduna baxdım. Orada heç bir qayda pozuntusu yox idi. İstəməzdim ki, belə olsun. O an heç nə düşünmək olmur. Meydanda gərgin mübarizə gedirdi. Həmin epizodda bilmədim 11 metrlik cərimə zərbəsi var idi, ya yox idi. Kənardan daha yaxşı bilinir. Lənkəranlı futbolçular çox üzüldü. Bunu anlayıram. Amma məndə günah yoxdur. O penalti verilməsəydi, mən də, komanda yoldaşlarım da pis olacaqdı. Lakin oyunda bilmədim ki, 100 faiz penalti deyil”.

Tarix: 21 May [11:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio