ÇSKA Rusiya çempionu oldu VİDEO

20:22 - 21 May 2016

Moskva təmsilçisindən minimal fərqli qələbə
 
Rusiya Premyer Liqasında 2015/2016 mövsümünün qalibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, ÇSKA klubu son turda çempionluğunu rəsmiləşdirib. Səfərdə "Rubin"in qonağı olan Moskva təmsilçisi Alan Dzaqoyevin 19-cu dəqiqədə vurduğu qolla rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Bununla da, turnir cədvəlində ən yaxın izləyicisi "Rostov"u 2 xal qabaqlayan ÇSKA çempionatın qızıl medallarına yiyələnib.
 
Qeyd edək ki, bu, Leonid Slutskinin komandasının tarixində 6-cı çempionluğu olub. CSKA daha öncə 2003, 2005, 2006, 2013 və 2014-cü illərdə Rusiya Premyer Liqasının qalibi adını qazanıb. 

Xəbər xətti