Kubokun finalında ara qarışdı FOTO

22:45 - 25 May 2016

Futbolçular arasında qalmaqal
 
Azərbaycan kubokun qalibi bəlli olub.
 
Sportal.az xəbər verir ki, "Qarabağ" - "Neftçi" matçının 120-ci dəqiqəsində Migal Maderanın vurduğu qol ağdamlılar kuboku qazandırıb.
 
Qoldan sonra meydanda gərgin mübarizə qeydə alınıb. Əvvəlcə "Neftçi"dən Erik Ramos kobud oyuna görə matçın baş hakimi Fariz Yusifov tərəfindən qırmızı vərəqə alaraq, meydandan qovulub. Ardınca isə "Qarabağ" futbolçusu Reynaldo rəqibinə təpik vurduğu üçün birbaşa qırmızı vərəqəyə layiq görülüb.
 
Braziliyalının bu hərəkəti rəqib futbolçuları özündən çıxarıb. Nəticədə meydan hər iki komandanın üzvləri ciddi mübahisə edib.
 

Xəbər xətti