"Qəbələ"nin futbolçusu daha bir il "Zirə"də

17:48 - 27 May 2016

Mütəllimov karyerasını paytaxt klubunda davam etdirəcək
 
Transfer çalışmalarını davam etdirən "Zirə" müdafiə xəttini gücləndirib.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, ötən mövsümdə də "Zirə"nin formasını geyinən Tellur Mütəllimov bu il də paytaxt klubunun şərəfini qoruyacaq. Müqavilə ilə "Qəbələ"yə məxsus olan 21 yaşlı müdafiəçi "Zirə"də icarə əsasında çıxış edəcək.
 
Əlavə edək ki, "Zirə" Anar Nəzirov, Elvin Məmmədov, Aleksandr Şemonayev, Nurlan Novruzov və Kamal Bayramovla müqavilə müddətini uzadıb.

Xəbər xətti