AZAL-ın hazırlıq planı bəlli oldu

12:12 - 1 İyun 2016

İyunun 19-da toplanacaq
 
Ölkə çempionatının 2015-2016 mövsümü başa çatdıqdan sonra istirahətə yollanan AZAL-ın nə vaxt toplaşacağı bəlli olub.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər” bu ayın 19-da bir araya gələcəklər.
 
Bakıda toplaşacaq kollektiv hazırlığının 1 hissəsini Bakıda keçirəcək. Komandanın ölkə xaricinə gedib-getməyəcəyi yaxın günlərdə bəlli olacaq.  
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının digər təmsilçiləri – "Qarabağ”ın Avstriyada, "Zirə”, "İnter” və "Kəpəz”in isə Türkiyədə təlim-məşq toplanışı keçəcəkləri dəqiqləşib. "Qəbələ”nin hansı ölkəyə yollanacağı isə yaxın günlərdə bəlli olacaq.

Xəbər xətti