"Zirə"dən ikinci rəsmi transfer FOTO

16:23 - 1 İyun 2016

Yamin Ağakərimzadə paytaxt klubunda

 
“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Yamin Ağakərimzadə ilə müqaviləyə imza atıb. Gənc yarımmüdafiəçi ilə anlaşma bir illlik müddətinədir.
 
Futbolçu ötən mövsüm “Rəvan”ın heyətində çıxış edib. Peşəkar karyerasına isə Yamin “Bakı”nın heyətində başlayıb.
 
Qeyd edək ki, "Zirə" daha öncə Tural Cəlilovla müqavilə imzalamışdı.
 

Xəbər xətti