AZAL iki futbolçusu ilə razılığa gəldi

14:10 - 8 İyun 2016

Məlikov və Cəfərquliyev komandada qalır
 
AZAL növbəti mövsüm üçün iki futbolçusu ilə yeni müqavilə imzalayacaq.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi kapitan Rail Məlikov və Emin Cəfərquliyevlə artıq razılığa gəlib. Belə ki, yaxın günlərdə hər iki futbolçuyla rəsmi müqavilə imzalanacaq.

Xəbər xətti