AZAL-ın vitse-prezidenti: "Büdcənin arıtırlması gözlənilir"

00:27 - 10 İyun 2016

"Görüşdə baş məşqçi Tərlan Əhmədov da iştirak edəcək"
 
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun gələcək planları haqda danışıb.
 
Sportal.az xəbər verir ki, Hüseynov klubun büdcəsinin artırılacağını gözlədiyini bildirib:
 
"AZAL-a gəlincə, klub prezidenti bu gün xaricdən dönəcək. Onunla yaxın günlərdə görüşüb, qarşıdakı mövsümlə bağlı planları müzakirə edəcəyik. Büdcənin arıtırlması gözlənilir. Görüşdə baş məşqçi Tərlan Əhmədov da iştirak edəcək. Məhz bu görüşdən sonra komandada qalacaq və gedəcək futbolçuların da adına aydınlıq gələcək".

Xəbər xətti