Azərbaycan futbolunda BİABIRÇILIQ: klubun saytı borcdan bağlandı FOTO

16:55 - 10 İyun 2016

"Sayt borcdan bağlanıb"

 

Premyer Liqada oynamaqdan imtina edən "Rəvan"da vəziyyət kritikdi.
 
Sportal.az xəbər verir ki, futbolçularına olan borcları ödəyə bilməyən, lisenziya ala bilməyən paytaxt təmsilçisi, klubun rəsmi saytını işlətmək üçün də pul tapa bilmir.
 
Artıq bir müddətdir ki, saytın illik fəaliyyəti üçün tələb olunan 20 manat ödənilmədiyindən klubun elektron ünvanının fəaliyyəti dayandırılıb. “Rəvan”ın saytına daxil olarkən "sayt borcdan bağlanıb" cümləsi istifadəçilərin qarşısına çıxır.
 

Xəbər xətti