"Zirə" hücumçu transfer etdi FOTO

17:32 - 23 İyun 2016

Yasin Həmidlə 3 illik müqavilə imzalanıb

 

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi mövsümlərarası fasilədə 2-ci legionerlə anlaşıb. Yerli futbolsevərlərə də yaxşı tanış olan Yasin Həmidlə üç illik müqavilə imzalanıb. Yasin ötən mövsüm “Rəvan”dakı çıxışı ilə diqqət mərkəzinə düşmüşdü.
 
 
Universal futbolçu ölkəmizə Ukraynadan gəlib. Misir əsilli Yasin Həmid “Xarkov”un yetirmısidir. Həmçinin, “Metallurq” və “Stal” klublarında çıxış edib. 23 yaşlı Yasin Ukraynanın U-19 yığmasında da forma geymək şansı qazanıb.
 

Xəbər xətti