"Zirə"də məşqçi dəyişikliyi

18:59 - 25 İyun 2016

Zaur Həşimov məşqçi təyin olunub

 

“Zirə” PFK rəhbərliyi klubun inkişaf etdirilməsi və istedadlı yenitetmə və gənclərin perspektivinin açılması baxımından vacib qərarlar qəbul edib. 

 
Sportal.az xəbər verir ki, ən yaxın ehtiyat qüvvə hesab edilən U-19 komandasının və əvəzedici heyətin inkişaf etdirilməsi, əsas komanda ilə eyni sistemdə çalışması üçün bu 3 komanda vahid xətt üzrə hərəkət edəcək. Bu məqsədlə klubda bəzi məşqçi dəyişikliyi edilib. Əsas komandanın məşqçiləri Ayxan Abbasov və Elnur Codarov müvafiq olaraq, əvəzedici heyət və U-19 komandasına baş məşqçi təyin olunub. Kamen Vasilyev əvəzedici komandanın məşqçisi kimi işini davam etdirəcək. Zaur Həşimov isə əsas komandada məşqçi vəzifəsinə təyin  olunub. Bu dəyişikliklərdən sonra U-19, əvəzedici heyət və əsas komanda baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə, ötən il onunla bərabər çalışmış məşqçilər tərəfindən hazırlaşacaqlar. Birgə fəaliyyətdə Elnur Codarovun əvəzedici heyətə, Ayxan Abbasovun da əsas komandaya yaxın olması, məşqlərdə iştirakı nəzərdə tutulub. Hər üç məşqçi Adil Şükürovun rəhbərliyi altında bu komandalarda bərabər çalışacaq.

Xəbər xətti