"Neftçala"nın futbolçusu paytaxt klubunda

01:27 - 27 İyun 2016

Xəlilov "təyyarəçilər"də
 
AZAL yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, AZAL "Neftçala"nın futbolçusu Məhəmməd Xəlilovu heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi növbəti mövsümdən etibarən AZAL-ın şərəfini qoruyacaq.
 
Xatırladaq ki, AZAL "Xəzər Lənkəran"dan İlyas Səfərzadə, Elvin Mirzəyev və Elçin Qasımovu da transfer edib.

Xəbər xətti