AZAL-da norveçli futbolçu

15:31 - 27 İyun 2016

Yaxın günlərdə qərar veriləcək
 
AZAL baxışa yeni futbolçu cəlb edib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov norveçli Vilyar Nordberqi sınayır.
 
24 yaşlı yarımmüdafiəçinin son klubu Norveç "Yunkeren"i olub. O, əvvəllər "Bodo/Glimt" və "Harstad" klublarında top qovub.
 
Futbolçu ilə yekun qərarı məşqçilər korpusu yaxın günlərdə qərar verəcək.
 
Qeyd edək ki, Vilyar Norberqin AZAL-da baxışda olması haqda ilk dəfə Sportinfo.az saytı məlumat yaymışdı.

Xəbər xətti