"Zirə"nin məşqçisi: "Bu, bizim əsas iş prinsipimizdir"

01:27 - 28 İyun 2016

"Aşağı yaş qruplarında və əvəzedici heyətdə futbolçu yetişdirmək istəyirik"
 
Ötən mövsüm "Zirə"nin əsas komandasına məşqçi kimi çalışan Ayxan Abbasov "qartallar"ın əvəzedici heyətini çalışdıracaq.
 
Gənc mütəxəssis Sportal.az saytına verdiyi açıqlamada futbolçu yetişdirmək istədiklərini bildirib:
 
"19 yaşlı futbolçulardan ibarət komandamız mövsümü 2-ci pillədə tamamladı. Fikrimcə, ilk mövsüm üçün uğurlu nəticədir. Rəhbərlik də gənc oyunçulara şans verilməsini istəyir. Gənc futbolçuların dəstəyə ehtiyacı var. Biz elə bir sistem qurmaq istəyirik ki, gənc oyunçular əsas komandaya gələndə əziyyət çəkməsinlər. Futbolçuların inkişanı istəyiriksə, aşağı yaş qruplarına böyük diqqət ayrımalıyıq. Bəzi problemləri həll edəcəyik. Aşağı yaş qruplarında və əvəzedici heyətdə futbolçu yetişdirmək istəyirik. Bu, bizim əsas iş prinsipimzidir”.

Xəbər xətti